Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeniyetmə və Gənclərin IX ümumrayon Spartakiadasının açılış mərasimi keçirilmişdir.

07 may 2014 | 10:00

06 may 2014-cü il tarixdə Ağdaş Olimpiya idman kompleksində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş Yeniyetmə və Gənclərin IX ümumrayon spartakiadasının təntənəli açılış mərasimi keçirilmişdir.
Spartakiadanın açılış mərasimində Olimpiya himninin sədaları altında   rayonun 43 inzibati ərazi nümayəndəliyindən 700 nəfərdən artıq idmançı  Olimpiya  idman  kompleksinə daxil olmuşdur.  Bildirilmişdir ki, idmanın 12 növü üzrə 7-20 may tarixlərində  keçiriləcək yarışlarda 200-dən artıq medal və diplom uğrunda  2000 nəfərdən artıq yeniyetmə və gənc   öz qüvvələrini sınayacaqdır.
Dövlət himninin səsləndirilməsi ilə komandaların  kapitanları yarışların rəsmi açılışını bildirən dövlət bayrağını qaldırmışlar.
Tədbirdə iştirak edən rayon İcra  Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov çıxış edərək ulu öndərin 91 illiyinə həsr olunmuş ənənəvi spartakiadanın keçirilməsinin rayonda idmanın kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını, son dövrlər rayon rəhbərliyinin bədən tərbiyəsi və idmanın inkişafına  göstərdiyi qayğının  müsbət  nəticələr verdiyini, bu tədbirlərin yeniyetmə və gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etməklə, bütün idman növləri üzrə təmsil olunan idmançılara  yarışlarda uğurlar arzulamışdır.
Açılış mərasimi idmançıların təqdimatında  nümunəvi çıxışlarla  sona çatmışdır.

Keçidlər