Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid ailələri ilə görüş keçirildi.

15 dekabr 2021 | 11:00

15 dekabr 2021-ci il tarixdə rayon Təhsil şöbəsi ilə birgə yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə həsr olunan tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, şəhid ailələri, qazilər iştirak edirdilər.
Tədbirdə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Simvolik qəhrəmanlıq dərsinin təqdimatı keçirildi.
Çıxışlarda qeyd olundu ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və Qələbə gününü gözləyirdi. Müharibə dövründə xalq öz Prezidentinin ətrafında sıx birləşməklə dəmir yumruğu, birliyi və hərbi gücün təntənəsini nümayiş etdirdi.
Vurğulandı ki, cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Nəticədə ötən ilin noyabr ayının 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.
Bildirildi ki, Azərbaycan dövləti qələbə seriyasını diplomatik müstəvidə də uğurla davam etdirir.
Tədbirin sonunda şəhid övladlarına və bir qrup müəllimlərə təltiflər təqdim olundu.

Keçidlər