Ağdaşda “Nizami Gəncəvi ili “ çərçivəsində tədbir keçirildi.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
İl ərzində rayonun təhsil və mədəniyyət müəssisələrində böyük mütəfəkkirin həyat və yaradıcılığına həsr edilən müxtəlif tematikalı çoxsaylı tədbirlər keçirilib.
15 dekabr 2021-ci il tarixdə rayon Mədəniyyət mərkəzində “Nizami Gəncəvi ili“ çərçivəsində ədəbi-bədii kompozisiyanın təqdimatı keçirilib.
Tədbirdən öncə iştirakçılar tərəfindən gənc rəssamların Nizami yaradıcılığına həsr edilən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Nizaminin ədəbi irsini əks etdirən seçmələr, habelə böyük mütəfəkkirin şəxsi həyatı ilə bağlı ayr-ayrı məqamları əks etdirən səhnəciklər, Azərbaycan bəstəkarlarının şairin sözlərinə yazılmış romanslarının ifaçılar tərəfindən təqdimatı, qiraətçilərin səsləndirdiyi incə və nəsihətamiz şeir, qəzəllərindən ibarət muğam parçalarının ifası tədbirdə xoş ovqat yaradıb.
Sonda çıxış edənlər böyük mütəfəkkirin insanlığı kamilliyə səsləyən, böyük türk mədəniyyətinin formalaşması istiqamətində təbliğ etdiyi dəyərli ədəbi yaradıcılıq nümunələrinin əsas məziyyətləri barədə qiymətli fikirlər səsləndiriblər.