Peşə məktəbində tədbir keçirildi.
14 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin birgə təşşkilatçılığı ilə Peşə məktəbində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, Peşə məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yevlax bölgəsinin nümayəndəsi Asif Ədilov mövzu ətrafında məruzə ilə çıxış edərək erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, narkomaniya və onun fəsadları, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı mübarizə yolları barədə məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.