Şriftin ölçüsü :

Saytın rəngi :

V Ümumrespublika Forumunun iştirakçılarına sertifikatlar təqdim olundu.

13 dekabr 2021 | 11:00

18 noyabr  2021-ci il tarixdə Bakı şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİSEF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika  Forumu keçirilmişdir.
  Forumda uşaq hüquqları sahəsində uşaqları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış,  bir sıra vacib sənədlər qəbul edilmişdir.
   Forumda rayonumuzu M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər  təmayüllü gimnaziyanın 11-ci sinif şagirdləri Murad Musayev və Seyidcahan Əlizadə təmsil etmişlər.
Azərbaycan Uşaqlarının V Ümumrespublika  Forumunda fəal iştirakına görə hər iki şagird  təşkilatçılar tərəfindən sertifikatla  təltif olunmuşdur.
13 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə sertifikatlar uşaqlara  təqdim edildi.

Keçidlər