Ağdaşda şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.
Gürcüva kəndində şəhidin xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.
Bu gün 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Gürcüva kəndindən olan şəhid Hacıyev Murad Eynulla oğlunun xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, doğmaları iştirak edirdi.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Tədbir boyunca çıxış edənlər tərəfindən şəhidin döyüş yolu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi şanlı Qələbədə böyük pay sahibi olduğu diqqətə çatdırılıb.
Allah rəhmət eləsin!