Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr Milli Dirçəliş Günüdür.

17 noyabr 2021 | 11:00

1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi.
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya  qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Həmin gündən başlayaraq  Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin davamlı mitinqləri başlandı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Bununla da öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən Azərbaycan xalqı bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş  etdirdi.
1992-ci ildən etibarən 17 noyabr  Milli Dirçəliş Günü kimi qeyd olunur.
Sonradan ölkəmiz  bir daha parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi bu təhlükəni aradan qaldırdı, ölkədəki xaos və qarşıdurmaya son qoyuldu.
Müdrik siyasi xadim Heydər Əliyev müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövlətini qurdu, gücləndirdi və onu beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevirdi.
Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında  bütün sahələrdə uğurla inkişaf edir, müasirləşir, daha da qüdrətli olur, onun beynəlxalq siyasi nüfuzu durmadan yüksəlir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Milli Dirçəliş Gününüz mübarək, əziz həmyerlilər!

Keçidlər