Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Ləki kəndində şəhidin il mərasimi keçirildi.

09 noyabr 2021 | 11:00

Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədov Rəcəb Yolçu oğlunun il mərasimi keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, kənd ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və gənclər təşkilatlarının nümayəndələri  iştirak edib.
Əvvəlcə şəhidin məzarı ziyarət olunub.
Şəhidlərin dəfn olunduğu Ləki qəbiristanlığında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şəhidin məzarı önündə çıxış edənlər şəhid Rəcəb Məmmədovun döyüş yolu və vətənpərvərliyindən söhbət açıblar.
Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə məktəblilərin ifasında bədii  kompozisiya təqdim edildi.
Şəhidin doğmaları və yaxınları onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidin evində ehsan mərasimi təşkil olunub, rayon rəhbərliyi tədbirdə iştirak edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər