Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Zəfər Günü münasibətilə tədbirlər keçirildi.

08 noyabr 2021 | 11:00

8 noyabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq rayon mərkəzində Zəfər Günü münasibətilə tədbirlərin keçirilməsinə başlanıldı.
Şəhərin bayramsayağı bəzədilmiş prospekt, küçə və meydanlarında Azərbaycan və Türkiyə Respublikasının Dövlət Bayraqları əzəmətlə dalğalanırdı. Meydanlarda və binaların üzərində “Qarabağ Azərbaycandır!”, “Xarı bülbül” və digər rəmzlərin əks olunduğu portet və pannolar yerləşdirilmişdi.
Heydər Xiyabanı boyunca 44 günlük Vətən Müharibəsində getmiş döyüş əməliyyatları və şəhidlərin xatirəsinə həsr olunan gənc rəssamların əl işlərindən ibarət olan rəsm və kitabların sərgisi nümayiş etdirilirdi.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzi meydanda nümunəvi ansamblın ifasında Zəfər Günü və Vətən Müharibəsinin birinci ildönümünə həsr olunan vətənpərvərlik ruhunda mahnılar və şeirlər səsləndirildi.
Rayon rəhbərliyi meydana daxil olaraq ilk növbədə şəhid ailələrinin üzvləri ilə görüşdü.
Günorta saatlarında şəhərin Heydər parkında ağacəkmə aksiyası keçirildi.
Gün boyunca mərkəzi meydanda vətənpərvərlik mövzusuna həsr edilən musiqilər sədalanırdı.
Tədbirə tamaşaçı qismində qatılanlar Heydər parkında kütləvi şəkildə gəzintiyə çıxmışdılar.
Əziz ağdaşlılar, hər birinizi Zəfər Günü münasibətilə təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq arzulayırıq!

Keçidlər