Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin birinci ildönümü ilə bağlı tədbirlər davam etdirilir.

05 noyabr 2021 | 11:00

Vətən Müharibəsinin birinci ildönümü, Zəfər Günü ilə bağlı keçirilən tədbirlərə uyğun olaraq Ağdaşdan olan Vətən Müharibəsi iştirakçıları, qazilər, gənclər, mədəniyyət işçiləri tərəfindən  Fəxri Xiyabanda  Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin məzarı, Şəhidlər Xiyabanı, eyni zamanda 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qalibiyyətinin əyani təcəssümü, Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkı ziyarət olunmuşdur.
İştirakçılar 44 günlük Vətən Müharibəsi zamanı düşməndən qənimət götürülən və məhv edilən müxtəlif hərbi texnikalar, artilleriya qurğuları, zenit-raket kompleksləri və  dənizkənarı bulvarda  nümayiş etdirilən Zəfər yarmarkasına baxış keçiriblər.
Zəfər Günü ərəfəsində bir qrup təhsil və mədəniyyət işçiləri Gəncə şəhərinə gedərək ermənilər tərəfindən atılan raket və mərmilərin dağıntıları nəticəsində həlak olmuş mülki əhalinin xatirəsini ehtiramla yad ediblər

Keçidlər