Şriftin ölçüsü :

Saytın rəngi :

5 okyabr Beynəlxalq Müəllimlər Günüdür.

05 oktyabr 2021 | 11:00

Son 18 ilə yaxın dövr ərzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına uyğun olaraq dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına Ağdaşda   33 yeni məktəb tikilmiş, 6 məktəbdə əlavə sinif otaqları inşa edilmiş, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, bütövlükdə isə 10 min nəfərə yaxın şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. Bu göstərici hazırda rayonun təhsil müəssisələrində  təhsil alan şagirdlərin 80 faizinə yaxındır.
Cari il ərzində Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Yenicə kəndində istismara yararsız olan məktəb binasının əsaslı təmirini öz üzərinə götürmüş,  il ərzində  həmin kənddə 440 şagird yerlik yeni məktəb binasının tikintisi artıq  başa çatmışdır.
Dövlət başçısı  cənab İlham Əliyev “Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamış, sərəncama əsasən rayonun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  ehtiyat  fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmış, son 1 il ərzində dövlətin dəstəyi ilə aparılan tikinti işləri başa çatdırılaraq  yeni məktəb binası müəllim  və şagirdlərin ixtiyarına  verilmişdir.
Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilən 5 nömrəli körpələr evi-bağçasının tikintisi başa çatmış, müəssisə inventar və avadanlıqlarla təchiz edilmişdir.
2021-ci dərs ilində ümumtəhsil məktəblərinin IX sinfini 1363 nəfər şagird bitirmiş, onlardan 28 nəfəri təhsildə xüsusi nailiyyətlərinə görə fərqlənmə attestatına layiq görülmüşdür.
Pandemiya dövründə tədrisin təşkilində yaranmış bir sıra çətinliklərə baxmayaraq rayon müəllimlərinin fədakarlığı nəticəsində 2020/2021-ci ildə ümumtəhsil məktəblərinin tam orta təhsil pilləsini bitirmiş 827 nəfər məzundan 556 nəfəri ali məktəbə qəbulla bağlı ərizə ilə müraciət etmişdir. 2021-ci ildə  285 nəfər  ali məktəblərə qəbul olunmuşdur.
2021-ci ildə 43 nəfər məzun 500-600 bal, 7 nəfər isə  600 baldan artıq  nəticə göstərmişdir. 500 baldan artıq nəticə rayon məzunlarından 11 nəfəri ali məktəblərdə təhsillərini ingilis dilində davam etdirəcəkdir. Qəbul olunanların 8 nəfəri orta ixtisas təhsili bazasındandır.
Təhsil Nazirliyinin tabeçiliyində olan M.Şeyxzadə adına  Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanı 2021-ci ildə bitirmiş 42 nəfər məzundan 38 nəfəri ali məktəbə daxil olmuşdur.
Cari dərs ilində rayonun ümumtəhsil məktəblərinin I siniflərində 1400 nəfərdən artıq şagirdin təhsil alacağı gözlənilir.
Bütövlükdə isə rayonun 67 ümumtəhsil məktəbində 14793 nəfər şagirdin təhsil alması nəzərdə tutulmuşdur.
Cari ilin oktyabr ayının əvvəlindən başlayaraq 1168 nəfərdən artıq 5 yaşlıların məktəbəhazırlıq qruplarına cəlb olunması atıq yekunlaşmaq üzrədir.
Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Amma cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz borcunu, məsuliyyətini hiss etməlidir.
Ümidvarıq ki, rayonun  bütün təhsil işçiləri cari dərs ilində   imkanlarını səfərbər etməklə, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
Bayramınız mübarək, əziz müəllimlər!

Keçidlər