Ağdaşda şəhid ailələrinin ziyarəti davam etdirilir.
20 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan rayonun Pirəyir kəndindən olan şəhid Mustafayev Siyasət Azər oğlu, Nehrəxəlil kəndindən olan şəhid Çələbili Vüqar Fərəcullah oğlu və Gürcuva kəndindən olan şəhid Hacıyev Murad Eynulla oğlunun məzarları rayon İcra Hakimiyyətinin əməkdaşları və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin ailələrinə baş çəkilmiş, çay süfrəsi ətrafında doğmaları ilə birgə onların döyüş yolu barədə söhbət açılmış, xatirələri ehtiramla yad edilmişdir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edildi.