Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda şəhid ailələrinin ziyarəti davam etdirilir.

18 sentyabr 2021 | 11:00

18 sentyabr 2021-ci il tarixdə qarşıdan gələn “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan rayonun Kotavan kəndindən olan şəhid Məmmədov Kənan Hüseyn oğlu, Ağzıbir kəndindən olan şəhid İbrahimxəlilov Söyxan Eldəniz oğlu və Pirəzə kəndindən olan şəhid Əhmədov Elnur Etibar oğlunun məzarları rayon İcra Hakimiyyəti və ictimaiyyətin nümayəndələri tərəfindən ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra şəhidlərin yaşamış olduğu evlərə baş çəkilmiş, çay süfrəsi ətrafında doğmaları ilə birgə onların döyüş yolu barədə söhbət açılmış, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Sonda şəhid ailələrinə ərzaq sovqatları təqdim edildi.

Keçidlər