Ağdaş rayonunda internet infrastrukturunun yenilənməsi davam etdirilir.
Son dövrlər ərzində rayonda telekommunikasiya infrastrukturunun ən son texnologiyalar əsasında yenidən qurulması işləri davam etdirilir.
Rayonda əhalinin genişzolaqlı-sürətli internet xidmətlərinə olan tələbatlarının ödənilməsi məqsədilə artıq bir sıra işlərə başlanılmışdır.
Hazırda “Azeronline” şirkəti tərəfindən rayonun 7 yaşayış məntəqəsi - Xosrov, Sadavat, Tofiqi, Əmirmahmud, Mürsəl, Pirəyir və Cücük kəndlərində internet xətlərinin çəkilişi davam etdirilir. Bu məqsədlə sözügedən yaşayış məntəqələrində rabitə dirəkləri basdırılmış, müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri həyata keçirilməkdədir.
Yaxın vaxtlarda abunəçilərin internetə qoşulması üçün müasir avadanlıqların istismara verilməsi nəzərdə tutulur.