Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid ailələri ziyarət olundu.

14 sentyabr 2021 | 11:00

14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan ağdaşlı gənclərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə Ağdaş şəhərində şəhid Məmmədzadə Fərid Mehman oğlu və Yuxarı Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Raqif oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Sonra hər iki şəhidin ailəsinə baş çəkilməklə çay süfrəsi ətrafında onların döyüş yolu və qəhrəmanlığı barədə geniş söhbət aparılmış, şəhidlərin  Vətən Müharibəsində əldə olunan qələbədə göstərdikləri fədakarlığın dövlətimizin tarixində misilsiz əhəmiyyətə malik olduğu diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə etdilər.
Sonda şəhid ailələrinə ərzaq sovqatı təqdim edildi.
Qeyd edək ki, sözügedən tədbirin “Anım Günü” ərəfəsində yekunlaşacağı nəzərdə tutulmuşdur.

Keçidlər