Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində görüş keçirilib.

17 avqust 2021 | 11:00

Bildiririk ki, Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Yay Fest” festivalının iştirakçılarından biri Samir Abdullayev Azərbaycanda xərçənglə mübarizə apararaq universitetə qəbul olan ilk tələbədir.
Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsi olan bu gənc oğlan hələ 10-cu sinifdə oxuyarkən xərçəng xəstəliyindən əziyyət çəkməyə başlamış və 3 ilə yaxın dövr ərzində xəstəxanada qalaraq əməliyyat, kimyaterapiyalar almış, sonralar güclü iradəsi və çalışqanlığı sayəsində arzu etdiyi  universitetin tələbələri sırasına daxil olmuşdur.
Hazırda universitetdə ən aktiv və fəal tələbələrdən olan Samir qrup koordinatorudur.
Müalicə müddətində Samir Abdullayevə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən dəstək göstərilmişdir.
Rayon İcra Hakimiyyətində gənc tələbə ilə görüş keçirilmişdir.
Qeyd edək ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkərək sağlam həyata qovuşan Samir Abdullayev Ağdaş rayonunun Yuxarı Ləki kənd tam orta məktəbinin məzunudur.
Fəal gəncimizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Keçidlər