Ağdaşda koronavirus pandemiyasına qarşı dezinfeksiya tədbiri keçirildi.
Rayonda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən rayonun inzibati yaşayış məntərqələrində pandemiyaya qarşı tədbirlər genişləndirililməklə, mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.
Bu məqsədlə 11 avqust 2021-ci il tarixdə ilkin olaraq şəhərin Heydər Əliyev Prospekti, Heydər Parkı, M.Ə.Rəsulzadə küçəsi və M.İsayev küçəsində yerləşən çoxmərtəbəli binaların ətrafı və giriş hissələrində dezinfeksiyaedici tədbirlər keçirildi.
Dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu təhlükəli pandemiyadan qorumaqdır.
Rayon sakinlərindən bir daha xahiş olunur ki, insan həyatına ciddi təhlükə törədən koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etməklə, sağlamlıqlarının qorunmasının qeydinə qalsınlar.