Ağdaşda Azərbaycan Polisi Günü qeyd olundu.
Hər il iyul ayının 2-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq fərmanına uyğun olaraq Azərbaycanda polis işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Polis günü münasibətilə Ağdaş rayonunda da tədbir keçirildi.
Tədbirdə Ağdaş rayon İcra Hakimiyyəti başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis Şöbəsinin əməkdaşları iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək onun xatirəsinə öz ehtiramlarını bildirdilər.
Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edən Ağdaş rayon İcra hakimiyyətinin başçısı Tofiq İbrahimov dövlətçiliyimizin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsində Azərbaycan polisinin şərəfli xidmət yolundan danışdı. Qeyd olundu ki, rayon polis şöbəsinin əməkdaşları da ictimai-siyasi sabitliyin qorunması və hüquq pozmalarına qarşı profilaktiki tədbirlərin görülməsində əhəmiyyətli xidmət aparırlar.
Sonda xatirə şəkli çəkdirildi.