Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Silahlı Qüvvələr Günü qeyd olundu

26 iyun 2021 | 11:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin  22 may 1998-ci il tarixli  Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuş və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
  Bu münasibətlə 26 iyun 2021 ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında tədbir keçirildi. Tədbir  başlamazdan öncə rayon ictimaiyyəti nümayəndələri  ulu öndər Heydər Əliyevin  abidəsi önünə gələrək tər çiçək dəstələri düzməklə,  xatirəsini ehtiramla yad etdilər.
   Sonra tədbir Heydər Əliyev Mərkəzinin qarşısında davam edirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
  Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək Silahlı Qüvvələrin  yaranma tarixinə toxunmaqla,  son 18 il ərzində  ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyət və ardıcıllıqla apardığı siyasət nəticəsində Azərbaycanın hərbi potensialının dəfələrlə artırıldığını, silahlı qüvvələrimiz öz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer aldığını diqqətə çatdırdı.
  Çıxışlarda qeyd edildi ki, torpaqlarlarımızın bütövlüyü uğrunda  ötən ilin sentyabr ayının 27-dən başlayan Vətən Müharibəsi nəticəsində Ali Baş Komandanın   rəhbərliyi  altında  ölkədə  böyük həmrəylik nümayiş etdirilməklə möhtəşəm Zəfər əldə edilmişdir. Bildirildi ki, bu zəfərin əldə edilməsində ağdaşlı oğullar da böyük fədakarlıq  nümunələri göstərmişlər.
  Sonra  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Silahlı Qüvvələr  Günü ərəfəsində   ölümündən sonra  təltif edilən hərbi qulluqçular və  müharibə iştirakçılarına medalların təqdim edilməsi mərasimi keçirildi. Medallar şəhid ailələrinin üzvlərinə və döyüşçülərə təqdim edildi.
  Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Keçidlər