Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2021 | 11:00

Ağdaşda 23 iyun 2021-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü,  xatirəsi ehtiramla yad edildi.
Rayon İcra Hakimiyyətinin başçısı  Tofiq İbrahimov  çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu sahəsində görülən işlər öz səmərəsini verməklə,  xalqımızı yeni zəfərlərə aparmaqdadır. Vurğulandı ki, müasir dövlət qulluğu dövlət idarəetmə kadrlarının fəaliyyətindən ibarətdir. Dövlət qulluqçuları da ölkədə sabitliyi təmin edən və baş verən dəyişikliklərə uyğunlaşan çevik və səmərəli dövlət idarəçiliyi mexanizminin tətbiqini zamanın tələbinə uyğun həyata keçirən vəzifəli şəxslərdir. Eyni zamanda  peşəkar kadrlar dövlət qulluğunun əsas hərəkətverici qüvvəsini təşkil edir.
Sonda xatirə şəkli çəkdirildi, rayon İcra Hakimiyyəti  və yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçularına dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyətinin  başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2021 ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə dövlət qullqçularının bir qrupu medallarla təltif edilib. Təltif olunanların sırasında rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ağayeva Güney Sahib qızı da vardır.
Təbrik edirik!

Keçidlər