Səhiyyə işçiləri medal və fəxri adlarla təltif edildi.
19 iyun 2021 | 11:00
Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə medallar və fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.
Müvafiq sərəncamla Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçilərinə “Əməkdar həkim” fəxri adları verilib.
Qeyd edək ki, fəxri adlarla təltif edilənlərin sırasında Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim vəzifəsində çalışan Abbasov Əyyub Məhəmməd oğlu da vardır.
Təbrik edirik!