Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun tibb işçilərinin peşə bayramı günüdür.

17 iyun 2021 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə hər il iyunun 17-i ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt  Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edir, koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının keşiyində dayanaraq göstərdikləri fədakarlığa görə onların hər birinə möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq.

Keçidlər