Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda səyyar vaksinasiya xidmətlərinin göstərilməsinə başlanılıb.

14 iyun 2021 | 11:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Ağdaş rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam etdirilir.
Əhalinin koronavirusa qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.
11 iyun 2021-ci il tarixindən səyyar həkim briqadaları tərəfindən vətəndaşların ərazi nümayəndəliklərində vaksinasiya prosesinə başlanılıb.
Hazırda vaksinasiya tədbirləri sürətlə davam etdirilir.

Keçidlər