Ağdaşda son zəng tədbirləri keçirildi.
14 iyun 2021 | 11:00
Bu gün rayonun tam orta məktəblərinin ərazisində Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq "Son zəng" tədbirləri keçirilib.
Tədbir ərəfəsində şagirdlərin təhlükəsiz¬liyinin təmin edilməsi məqsədilə məktəblərdə zəruri tədbirlər həyata keçirilib.
“Son zəng 2021” tədbirlərində rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin valideyn komitələri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edib.
Qeyd edək ki, 2020/2021-ci dərs ilində rayonun 41 tam orta məktəbindən 829 nəfər məzunun tam orta təhsil pilləsini başa vurması gözlənilir.