Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Günü xalqımızın milli bayramıdır.

28 may 2021 | 11:00

May ayının 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü tamam olur.
Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan Respublikası ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarını uğurla gerçəkləşdirərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dünyada  analoqu olmayan inkişaf yoluna qədəm qoymuşdur.
Əldə etdiyi davamlı uğurlarla müstəqil Azərbaycan dövləti bütövlükdə Cənubi Qafqaz regionunun simasını əhəmiyyətli dərəcədə dəyişdirmiş, bölgədə sülh və sabitlik üçün möhkəm təməllər yaratmışdır.
Fərəhli haldır ki, bu il Respublika Günü 44 günlük Vətən Müharibəsində xalqımızın erməni vandalları üzərində əldə etdiyi möhtəşəm Zəfərin sevinci ili qeyd olunur. Bu zəfər nəticəsində  Azərbaycan Respublikası mənfur düşmən üzərində parlaq Qələbə əldə edərək öz ərazi bütövlüyü və suverenliyini bərpa etmişdir. Hazırda düşmən tapdağından azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir.
Hörmətli ağdaşlılar,  28 May Respublika Günü münasibətilə Sizin hər birinizə cansağlığı, səadət dolu günlər, işlərinizdə uğurlar arzulayırıq.
Bayramınız mübarək olsun!

Keçidlər