Şriftin ölçüsü :

Saytın rəngi :

15 may Beynəlxalq Ailə Günüdür

15 may 2021 | 11:00

BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq hər il 15 may tarixi bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.
Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
Ölkəmizin həyatında önəmli rol oynayan, hər birimiz üçün gözəl nümunə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən ailə problemlərinin həlli istiqamətində önəmli layihələrin gerçəkləşdirilməsi xüsusi qeyd  edilməlidir.
Beynəlxalq Ailə Günü münasibətilə ilk növbədə şəhid ailələri başda olmaqla, rayonumuzda yaşayan bütün ailələri təbrik edir, onların hər birinə rifah, ailə səadəti, uzun ömür və xoşbəxtlik arzulayırıq.

Keçidlər