Şəhid məzarlarının ziyarəti başa çatdı.
Ramazan bayramı ərəfəsində ənənəyə uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ağdaş şəhəri, Qaradeyin, Yuxarı Ləki, Abad, Pirəzə, Ağzıbir, Kotavan, İkinci Aral kəndlərində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunmuş, ehtiram əlaməti olaraq şəhid məzarlarının üzərinə gül dəstələri düzülmüşdür.
Ziyarət zamanı yerlərdə şəhid valideynlərinin problemləri dinlənilmiş, qaldırılan təkliflərin yerindəcə həll olunması üçün müvafiq göstərişlər verilmişdir.
Ziyarət başa çatdıqdan sonra şəhid ailələri və qazilərin problemlərinin həlli ilə əlaqədar gələcəkdə də kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə təşkilati işlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.