Şriftin ölçüsü :

Saytın rəngi :

1941-1945-ci illər ikinci dünya müharibəsində Qələbənin əldə olunmasından 76 il keçir.

09 may 2021 | 11:00

Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi 1945-ci il mayın 9-da keçmiş SSRİ-nin qələbəsi ilə başa çatmışdır.
Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan xalqı tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır.
Böyük Qələbənin əldə olunmasında həmyerlilərimiz də pay sahibi olmuşdur. Müharibənin qızğın çağında şücaətli döyüş yolu və arxa cəbhədə nümayiş etdirdikləri qəhrəmanlıqlara görə 2 nəfər həmyerlimiz Səməd Abdullayev və Fariz Səfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, yüzlərlə ağdaşlı müxtəlif orden və medallarla təltif olunmuş, həmin insanların bir çoxu sonralar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etmişlər.
Qürurverici haldır ki, Qələbə bayramı bizim üçün indi ikiqat qiymətlidir. Ötən ilin sentyabr-noyabr ayları ərzində 44 günlük Vətən Müharibəsində möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz işğal altında olan torpaqları düşmən tapdağından azad etmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasına nail olmuşdur.
Qələbə bayramınız mübarək!

Keçidlər