8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəal qadın üzvləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aynur Novruzova qeyd edib ki, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Sonda YAP Ağdaş rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına “Fəxri Fərman” və gül dəstələri təqdim olunub, xatirə fotosu çəkdirilib.







