Ağdaş şəhər məktəblərində gigiyenik şəraitin yaxşılaşdırılması məqsədilə tədbirlər keçirilmişdir.
Tədbir 07 fevral 2014-cü il tarixdə saat 12:00 –da M.İsayev və B.Nəbiyev adına tam orta məktəblərdə keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Tofiq İbrahimov, Yaponiyanın Azərbaycandakı Səfiri cənab Tsuquo Takahaşi, UNİCEF-in Azərbaycandakı nümayəndəsi, Golgate-Palmalive şirkətinin nümayəndələri, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin əməkdaşları və məktəblərin müəllim kollektivləri, şagirdlər, gənclər iştirak etmişdir.
Qonaqlar Ağdaşda həyata keçirilən layihə əsasında orta məktəblərdə inşa edilən müasir sanitar qovşaqla tanış olub, orada müəllim və şagirdlər üçün yaradılan şəraitlə maraqlanıblar. Mütəxəssislər uşaqlara sağlamlıq üçün əməl edilməsi vacib olan qaydalar, uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmaması üçün sanitar-gigiyenik şəraitin təmin edilməsinin vacibliyi barədə məlumat veriblər.