Rayon İcra Hakimiyyətinin əməkdaşları COVID-19 xəstəliyi əleyhinə peyvənd olundu
06 aprel 2021 | 11:00
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda əhalinin peyvəndlənməsi prosesi mütəşəkkil qaydada davam etdirilir.
6 fevral 2021-ci il tarixdə müvafiq yaş qrupuna uyğun olaraq Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, şöbə müdiri və aparatın digər əməkdaşları COVID-19 xəstəliyi əleyhinə peyvənd olunub.
Qeyd edək ki, rayon əhalisinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi məqsədilə bütün lazımi tədbirlər görülmüş, peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilmişdir