Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirildi.

31 mart 2021 | 11:00

Rayonun əmək kollektivləri, gənclər, bütün tipdən olan təhsil müəssisələri və mədəniyyət ocaqlarında soyqırım günü ilə bağlı onlayn formatda tədbirlər, kitab sərgiləri təşkil olunmuşdur.
Mart ayının 31-də rayonun bütün ümumtəhsil məktəblərində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş  xüsusi  dərslər keçirilmişdir.
Keçirilən tədbirlərdə qeyd olunmuşdur ki, 1918-ci ilin mart ayında Bakı şəhəri və Azərbaycanın bir sıra bölgələrində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrindən 103 il keçir. Qanlı faciələr zamanı minlərlə dinc azərbaycanlılar və ölkəmizdə yaşayan bir  sıra digər xalqlar ən amansız terror və deportasiyaya məruz qalmışdır. Xalqımıza qarşı törədilən bu qanlı cinayət erməni vandalizminin aşkar nümunəsi olmasına baxmayaraq, tariximizin ən qanlı səhifələrindən biri olmaq etibarı ilə sovet dönəmində uzun müddət ört-basdır edilərək gizli saxlanılmışdır.
Bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır.
Azərbaycanın müasir tarixində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunan bu hadisələrin öyrənilməsi və tədqiqi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində erməni vandalizminə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər dünya azərbaycanlılarının arasında birlik və həmrəyliyi getdikcə möhkəmləndirir.

Keçidlər