Ağdaşda sakinlərin mənzil problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Son 17 il ərzində Ağdaş rayonunda irihəcmli sosial infrastruktur obyektlərin inşası davamlı xarakter almışdır.
Ölkə Prezidentinin “Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” 29 oktyabr 2019-cu il tarixli sərəncamına uyğun olaraq fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılmışdır.
Ötən ilin oktyabr ayından etibarən şəhərin M.İsayev küçəsində yeni yaşayış binası üçün tikinti işlərinə başlanılıb.
Hazırda həmin obyektdə inşaat işləri sürətlə davam etdirilir.