Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

08 mart 2021 | 11:00

Azərbaycan qadınları tarixin bütün dönəmləri ərzində öz yüksək mənəvi və iradi keyfiyyətləri ilə daim seçilmişlər. Onlar müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi nümayiş etdirməklə dövlət quruculuğu proseslərinin fəal iştirakçıları sırasındadır.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin formalaşdırılması istiqamətində müəyyənləşdirdiyi siyasi xətt, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadın problemlərinin həllinə ölkə başçısının göstərdiyi diqqət və qayğı son illər onun imzaladığı fərman və sərəncamlarda daha dolğun şəkildə əks olunur.
Rayonumuzun  qadınları da dövlət başçısının hərtərəfli diqqət və qayğısını daim öz üzərlərində hiss etməkdədir.
İlk növbədə şəhid anaları başda olmaqla, bütün ağdaşlı qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onların hər birinə qadın xoşbəxtliyi və möhkəm cansağlığı arzulayırıq.
Bayramınız mübarək olsun, əziz qadınlar!

Keçidlər