Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Xocalı soyqırımının ildönümü müxtəlif tədbirlərlə qeyd edildi.

26 fevral 2021 | 11:00

Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı rayonun əmək kollektivləri, bütün tipdən olan təhsil  müəssisələri və mədəniyyət ocaqlarında onlayn formatda tədbirlər, kitab sərgisi və rəsm müsabiqələri  təşkil olunmuşdur.
Fevralın 26-da rayonun bütün ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş xüsusi  dərslər keçirilmişdir.
Keçirilən tədbirlərdə Xocalı faciəsinin insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olmasının əsl səbəbləri, mahiyyəti və acı nəticələri bir daha xatırlanmış, 29 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanmış, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir.
Qeyd etmək lazımdır ki, hazırda rayonda Xocalıdan olan 16 ailə məskunlaşmışdır. Həmin ailələrin hər birinə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq məbləğdə maddi yardımlar edilmişdir.
Faciə qurbanlarının xatirəsinin yad edilməsi məqsədilə Heydər parkı, Ağdaş-Ləki qəsəbə yolunun ətrafı və 20 Yanvar küçəsi boyunca ağacəkmə kampaniyası keçirilmişdir.
26 fevral 2021-ci il tarixdə rayon ərazisində matəm əlaməti olaraq dövlət bayraqları endirilmiş, saat 17:00-da rayon mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi avtomobillərin səs siqnalları vasitəsilə bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər