Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə veteranları ilə görüş keçirildi

20 fevral 2021 | 11:00

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan  döyüş əməliyyatları zamanı  birinci Qarabağ müharibəsinin veteranları cəbhə xəttinə gedərək döyüşən hərbiçilərimizi ziyarət etmiş, onlara maddi və mənəvi dəstək vermişlər.
20 fevral 2021-ci il tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində müharibə veteranları ilə keçirilən görüşdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə müharibə veteranlarının ardıcıl olaraq cəbhə xəttinə yaxın ərazilərdə əsgərlərimizə mənəvi dəstək verdiyini, onların döyüş əzminin yüksəldilməsi üçün təbliğati tədbirlər keçirdiklərini qeyd etmişdir.
O daha sonra çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində  əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd etmiş, bu Qələbənin bütün dünyada təqdir olunduğunu diqqətə çatdımışdır.
Müharibə veteranları Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və qazilərlə həyata keçirdikləri tədbirlərin davamlı olacağını bildirmişlər.
Sonda təltif olunan müharibə veteranlarının bir qrupuna fəxri fərmanlar təqdim edilmişdir.

Keçidlər