Məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olundu.
15 fevral 2021 | 11:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyenik tələblər nəzərə alınaraq əyani formada tədris və təlim-tərbiyə prosesinə başlanılıb.
Rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin karantin rejiminin tələblərinə uyğun təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib, təmizlik və dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, hazırda rayonda fəaliyyət göstərən 30 məktəbəqədər təhsil müəssisəsində 1250 nəfər uşaq ictimai tərbiyə ilə əhatə olunub.