Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 9-cu ildönümü qeyd olundu.

13 fevral 2021 | 11:00

Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 9 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.
Bu münasibətlə keçirilən tədbirdə Xidmətin Ağdaş rayon şöbəsinin əməkdaşları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçək dəstələri düzüblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əldə edilən möhtəşəm Qələbənin əhəmiyyəti barədə söhbət açılıb, arxa cəbhədə fəallıq göstərənlərin bir qrupuna fəxri fərmanlar təqdim olunub.

Keçidlər