Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.

28 yanvar 2021 | 11:00

27 yanvar 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində 44 günlük Vətən müharibəsində iştirak etmiş Ağdaş rayon tarix-diyarşünaslıq muzeyinin əməkdaşı, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında fəal iştirak etmiş Ağammədli Məmməd Adil oğlu ilə görüş keçirilib.
Görüşdə çıxış edənlər Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun əldə etdiyi möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqı kimi rayon mədəniyyət işçilərinin də öz payı olduğunu xüsusi ilə diqqətə çatdırıblar.
Görüş zamanı müharibə iştirakçısı Məmməd Ağammədli erməni təxribatçılarına qarşı döyüşlər barədə öz xatirələrini bölüşüb, Vətənin azadlığı və suverenliyi uğrunda istənilən anda bundan sonra da vuruşmağa hazır olduğunu bildirib.
Tədbirin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Məmməd Ağammədliyə “Fəxri fərman” və mükafatlar təqdim olunub.

Keçidlər