Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid son mənzilə yola salındı.

25 yanvar 2021 | 11:00

25 yanvar 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində erməni təxribatçılarına qarşı keçirilən döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Atəm Əliyevin doğulub boya-başa çatdığı Abad kəndində izdihamlı dəfn mərasimi keçirildi. 
Keçirilən vida mərasimində Ağdaş Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Şəhidin cənazəsi hərbi hissəsinin nümunəvi orkestrinin musiqi sədaları altında  kənd qəbiristanlığına yola salındı. Qəbiristanlıqda dəfn mərasimi keçirildi. Şəhidin məzarı önündə onun döyüş yolu barədə çıxışlar edildi, dualar oxundu, məzarı üzərinə əklillər düzüldü.
Azərbaycan Respublikasının Dövlət Himni səslədirildi, şəhidin ruhuna ehtiram əlaməti olaraq havaya atıcı silahlardan atəş açıldı.
Allah rəhmət eləsin!

Keçidlər