Şriftin ölçüsü :

Saytın rəngi :

Arxa cəbhə fəalları təltif edildi.

23 yanvar 2021 | 11:00

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun 10 dekabr 2020-ci il tarixli imzaladığı əmrlə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiklərinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Ağdaş rayonunun bir qrup yerli icra strukturları, idarə, müəssisə və sahibkarlıq subyektlərində  çalışan nümayəndələr “Fəxri Fərman”la  təltif edilmişdir.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə edilən möhtəşəm Qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyət daşıdığını qeyd etmiş, bu Qələbənin bütün dünyada yüksək səviyyədə təqdir olunduğunu diqqətə çatdırmışdır.
Sonra təltif olunan əməkdaşlara fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi, polkovnik Qulu Əsədov iştirak etmişdir.

Keçidlər