Ağdaş rayon İcra Hakimiyyətində 9 aylığın yekunları müzakirə olunmuşdur
07 oktyabr 2013 | 10:00
6 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 18-də Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı 2013-cü ilin 9 ayında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilmişdir.
İclasda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.