Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonun səhiyyə işçilərinin bir qrupu təltif edilib.

19 yanvar 2021 | 11:00

Bildiririk ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan  döyüş əməliyyatları zamanı  yaralı hərbiçilərin həyatının xilas edilməsi yolunda Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin bir qrup tibb işçisi böyük fədakarlıq nümunəsi göstərmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə həmin tibb işçiləri “Fəxri Fərman”la təltif edilmişdir.
Döyüş əməliyyatları bitdikdən sonra karantin rejimi dövründə  tətbiq  edilən xüsusi qaydalara ciddi riayət  edilməklə, təltif olunan səhiyyə işçilərinə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər