Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda qazilərlə görüşlər davam edir.

15 yanvar 2021 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 gün davam edən Vətən Müharibəsində tarixi qələbə qazandı.
Bu tarixi Qələbənin qazanılmasında ağdaşlı gənclərin orduya səfərbər olunmuş əsgər və zabitləri də xüsusilə fərqlənmiş və şücaətli döyüş nümunələri göstərmişlər.
Ordudan tərxis olunan hərbiçilərin sırasında qazilər də vardır. Rayonda  müntəzəm olaraq qazilərin qarşılanma mərasimləri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin əməkdaşları və əlaqədar ictimai birlik rəhbərləri  qazilərimizin yaşadıqları ünvanlara müntəzəm olaraq baş çəkir, problemləri ilə yaxından maraqlanırlar.
Keçirilən görüşlər zamanı məsul əməkdaşlar düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə onları təbrik etmiş, müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırmışlar.
Vətənə sədaqətli, cəsur, mərd, igid, vətən qeyrəti çəkən oğullar böyüdüb, tərbiyə etdiklərinə görə qazilərin valideynlərinə təşəkkür edilmiş, sovqatlar təqdim olunmuşdur.
İndiyədək 92 nəfər yaralı əsgərlərimizə baş çəkilmişdir.
Qazilərlə görüşlər davam etdirilir.

Keçidlər