Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonun Şordəhnə kəndində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir.

08 avqust 2013 | 10:00

07 avqust 2013-cü il tarixdə Ağdaş rayonun Şordəhnə kəndində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözi ilə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının müavini İsmayıl Yusifzadə açmışdır.
Tədbirdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdir müavini Elçin İbrahimov, İqtisadi İnkişaf Nazirliyi Aran regional bölməsinin müdiri Elbrus Hüseynov, Sahibkarlığa Kömək Milli Fondunun Sahibkarlığın inkişafı şöbəsinin müdiri Samir Hümbətov çıxış edərək, sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi, məqsədli dövlət proqramlarında Aran iqtisadi rayonunda nəzərdə tutulmuş tədbirlər və bu tədbirlərin icra vəziyyəti, 2013-cü ilin ötən dövrü ərzində regionlarda verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılmış iş yerləri və cari ildə Fondun fəaliyyətində iqtisadiyyatın sahələri üzrə əsas prioritet istiqamətlər barədə məlumatlar verdilər. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbirin sonunda tədbir iştirakçılarının sualları cavablandırılaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə kredit müqavilələri imzalandı və güzəştli kreditlər verildi.

Keçidlər