Həmyerlimiz Gündüz Səfərli “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Məlum olduğu kimi 9 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilən hərbi qulluqçuların sırasında rayonun Ağzıbir kəndində doğulub boya-başa çatmış mayor Səfərli Gündüz Ağamməd oğlunun da adı vardır.
Qəhrəman həmyerlimizi layiq görüldüyü yüksək ad münasibəti ilə təbrik edirik.