Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qruplar tərəfindən reydlər davam etdirilir.

11 dekabr 2020 | 11:00

10 dekabr 2020-ci tarixdə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının icrasına uyğun olaraq Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində növbəti reydlər keçirilmişdir.
   Reydlər zamanı 3 yas mərasimi  keçirmə halı qeydə alınmış, karantin qaydalarını pozan 107 nəfərə  xəbərdarlıq edilmiş, qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar müəyyən edilərək  1 nəfər ticarət müəssisisənin işçisi və 4 nəfərin  hər birinə  100 manat olmaqla,  500 manat cərimə tətbiq edilmişdir.
  Mobil qrupun üzvləri tərəfindən ictimai yerlərdə vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmışdır.

Keçidlər