Vətən Müharibəsində sağ qolunu itirən qazimiz ziyarət olundu.
Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində gedən uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan yaralı döyüşçümüz Mehdiyev Vüsal İslam oğlunu ziyarət etmiş, hərbiçinin və ailəsinin problemləri ilə maraqlanmış, sovqatlar çatdırmışlar.
Görüş zamanı Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qalibiyyət qazanan müzəffər Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçularının keçdikləri şərəfli döyüş yolundan danışılıb,
Qazinin ailə üzvləri övladları ilə qürur duyduqları¬nı qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Vüsal Mehdiyev Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanaraq sağ qolunu itirib.