Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri fərdi evlə təmin edildi.

02 dekabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı sahəsində də mühüm addımlar atılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş şəhəri, Cüvə, Aşağı Ləki, Şordəhnə və Qolqəti kəndlərinin hər birində 1 olmaqla, yeni inşa olunmuş 5 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilib.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirlərdə bildirilib ki, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir.
Çıxış edən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri sosial rifah hallarının yaxşılaşdırılması, xüsusən yeni fərdi evlərlə təmin olunmaları istiqamətində aparılan məqsədyönlü işlərə və tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq hisslərini ifadə ediblər.

Keçidlər