Şriftin ölçüsü :

Saytın rəngi :

Mobil qruplar tərəfindən növbəti reydlər keçirilib

30 noyabr 2020 | 11:00

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarının icrasına uyğun olaraq Ağdaş rayon İcra Hakimiyyəti yanında koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində növbəti reydlər keçirilmişdir.
Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektinə xəbərdarlıqlar edilmiş, rayon Polis Şöbəsi tərəfindən qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar müəyyən edilərək onlarla bağlı qanunamüvafiq qaydada tədbirlər görülmüşdür.
Bundan əlavə, mobil qrupun üzvləri tərəfindən ictimai yerlərdə vətəndaşlar arasında maarifləndirici söhbətlər aparılmışdır.

Keçidlər